RU

Zinəddin Zidanın YENİ İŞ YERİ bəlli oldu

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Real Madrid" klubunun sabiq baş məşqçisi Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi olacaq.

Oxu.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Fransa Futbol Federasiyası ilə baş məşqçi arasındakı bütün danışıqlar müsbət yekunlaşıb.

Tərəflər müqaviləni həftəsonuna kimi imzalamaq barədə düşünürlər.

Qeyd edək ki, Fransa milli komandasının hazırkı baş məşqçisi Didye Deşam DÇ-2026-dan sonra vəzifəsini tərk edəcək. Onu Z.Zidan əvəzləyəcək.

Zidan 2021-ci ildən bəri heç bir klub və milli komandanı çalışdırmayıb. Buna baxmayaraq o, Avropanın ən yaxşı liqalarını və eləcə də Liqa 1-i yaxından izləyir.

12:32

"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan "Fənərbağça"nı çalışdırmaq niyyətində deyil.

Oxu.Az xəbər verir ki, fransalı mütəxəssis əsas hədəfini Fransa millisinə rəhbərlik etməkdə görür.

Daha öncə tərəflər arasında danışıqlar baş tutsa da, Zidan təklifi qəbul etməyəcəyini bildirib.

Qeyd edək ki, Joze Mourinyo Çempionlar Liqasının pley-offunda "Benfika"ya məğlubiyyətdən sonra istefaya göndərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
4
oxu.az

7Источники