Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, tədbir sentyabrın 17-də "Holiday INN" otelində baş tutacaq.

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Mərasim saat 15:00-da başlayacaq. 

Qeyd edək ki, Azərbaycan Kubokunun 2025/2026 mövsümündə 34 komanda iştirak edəcək.