RU

İqtisadiyyat Nazirliyi və “VISA” şirkəti ilə anlaşdı

İqtisadiyyat naziri Mikayıl Cabbarov “VISA” şirkətinin MDB, Şərqi və Cənub-Şərqi Avropa ölkələri üzrə baş vitse-prezidenti Kristina Doroş ilə görüşüb.

Görüşdə şirkətlə potensial əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər iqtisadi və maliyyə inklüzivliyinin təşviqi, rəqəmsal ödəniş ekosisteminin inkişafı, həmçinin kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi və “VISA” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, KOB sektorunun inkişafı, innovativ maliyyə həllərinin təşviqi və inklüziv iqtisadi mühitin formalaşdırılması istiqamətlərində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Anlaşma Memorandumu iqtisadiyyatın rəqəmsallaşması və sahibkarlıq mühitinin dəstəklənməsinə mühüm töhfə verəcək.

İqtisadiyyat Nazirliyi VISA şirkəti Anlaşma Memorandumu KOB sektoru kiçik və orta sahibkarlıq innovativ maliyyə həlləri inklüziv iqtisadi mühit rəqəmsal ödəniş ekosistemi iqtisadi inklüzivlik maliyyə inklüzivliyi sahibkarlığın dəstəklənməsi iqtisadiyyatın rəqəmsallaşması Mikayıl Cabbarov Kristina Doroş
Избранный
22
14
marja.az

10Источники