RU

Daxili qoşunlar bu şərtlərdə fiziki qüvvə və ya xüsusi vasitələr tətbiq edə biləcək

Bakı. Trend:

Daxili qoşunların hərbi qulluqçuları tərəfindən fiziki qüvvənintətbiqi şərtləri müəyyənləşdiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik vəkorrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəolunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanunlayihəsində öz əksini tapıb.

Layihəyə əsasən, cinayətlərin və digər hüquqpozmaların qarşısınıalmaq, belə əməlləri törətmiş şəxsləri saxlamaq məqsədilə xidmətivəzifələri yerinə yetirən daxili qoşunların hərbi qulluqçularınınqanuni tələblərinə əməl edilmədikdə, onların fiziki qüvvə, ocümlədən idman (döyüş) fəndlərini tətbiq etmək hüququ olacaq.

Həmçinin, daxili qoşunların hərbi qulluqçularının aşağıdakıhallarda xüsusi vasitələri tətbiq etmək hüququ olacaq:

  • insan həyatına və sağlamlığına real təhlükə yaradan əməllər vəya mülkiyyət əleyhinə cinayət törədildikdə;
  • qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə;
  • girov saxlanılan şəxs (şəxslər) və ya zəbt olunmuş binalar vədigər tikililər, qurğular, ərazilər və nəqliyyat vasitələri azadedildikdə;
  • yaşayış yerlərinə, dövlət orqanlarının (qurumlarının), yerliözünüidarəetmə orqanlarının, mülkiyyət və təşkilati-hüquqiformasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarınbinalarına, anbarlara (saxlanc yerlərinə) qrup halında basqın dəfedildikdə;
  • inzibati xəta və ya cinayət törətmiş və ya törətməkdə şübhəlibilinən şəxs (şəxslər) saxlanılarkən müqavimət göstərdikdə,müqavimət göstərə biləcəyinə və qaçmaq ehtimalına kifayət qədərəsas olduqda, habelə bu şəxsin (şəxslərin) azad edilməsi üçün kənarşəxslər tərəfindən güc işlədildikdə;
  • şəxsin təhlükəli hərəkətləri ilə özünə və ya ətrafdakılarazərər yetirə biləcəyi ehtimalı olduqda;
  • insanlar tərəfindən nəqliyyatın hərəkəti qrup halındadayandırıldıqda və ya məhdudlaşdırıldıqda;
  • sürücü öz hərəkətləri ilə insanların həyatına və sağlamlığınareal təhlükə yaratdıqda, nəqliyyat vasitəsini dayandırmaq tələbinətabe olmadıqda və onun saxlanılması üçün başqa imkanolmadıqda;
  • sərbəst toplaşmaq azadlığı haqqında qanunvericiliyin tələbləripozulmaqla keçirilən toplantılar dağıdıldıqda;
  • hərbi şəhərciklərə, hərbi eşelonlara, bölmə və qoşunnaryadlarına, mühafizə olunan obyektlərə basqın dəf edildikdə və yahəmin obyektlərə qanunsuz daxil olan şəxs yaxalanarkən qaçmağa cəhdgöstərdikdə.

Xüsusi vasitələrin növü və tətbiqinin intensivliyi yaranmışvəziyyət, hüquq pozuntusunun xarakteri və onu törədən şəxsinşəxsiyyəti, habelə xüsusi vasitələrin taktiki-texnikixüsusiyyətləri nəzərə alınmaqla müəyyənləşdiriləcək.

Odlu silah xəbərdarlıq edilmədən tətbiq edildiyi hallarda xüsusivasitələrin bütün növləri tətbiq edilə biləcək.

Hərbi hissə komandiri xüsusi vasitələrin tətbiqi anından 24 saatmüddətində müvafiq prokurora məlumat verməlidir.

Bununla yanaşı, xüsusi vasitələrin tətbiqi aşağıdakıhallarda qadağan ediləcək:

  • xüsusi təyinatlı gözyaşardıcı qaz qumbaraları (patronları) iləşəxsə sərrast atəş açmaq;
  • suvuran maşınları havanın hərarəti mənfi olduqda tətbiqetmək;
  • məcburi dayandırma vasitələri ilə sərnişindaşıyan (sərnişindaşındıqda) və xarici dövlətlərin diplomatik nümayəndəliklərinin vəkonsulluqlarının avtonəqliyyat vasitələrini, habelə motosikletlərivə mopedləri dayandırmaq, habelə onları məhdud görünmə şəraitində,dağ yollarında, dəmiryol keçidlərində, yol ayrıcılarında,tunellərdə, körpü və estakadalarda tətbiq etmək;
  • qadınlara, azyaşlı uşaqlara, yanında azyaşlı uşaq olan,əlilliyi və digər fiziki və ya psixi pozuntuları aşkar bilinənşəxslərə qarşı (odlu silah işlətməklə basqın edildiyi və ya silahlımüqavimət göstərildiyi hallar istisna olmaqla);
  • alışma, partlama təhlükəsi olan zəhərləyici və radioaktivmaddələrin hazırlandığı yerlər, saxlandığı anbarlar (saxlancyerləri) və belə maddələri daşıyan nəqliyyat vasitələriistiqamətində;
  • xarici dövlətlərin diplomatik nümayəndəliklərinin vəkonsulluqlarının yerləşdiyi ərazilərdə və binalarda (həmindövlətlərin səlahiyyətli nümayəndələrindən müvafiq qaydadamüraciətin daxil olması halları istisna olmaqla).
Избранный
37
1
az.trend.az

2Источники