RU

Daxili qoşunların fəaliyyəti ilə bağlı dövlət orqanlarının səlahiyyəti müəyyənləşdirilir

Bakı. Trend:

Daxili qoşunların fəaliyyəti ilə bağlı dövlət orqanlarınınsəlahiyyətləri müəyyənləşdiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik vəkorrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəolunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanunlayihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daxili qoşunların komandanınınsəlahiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqan (qurum):

  • daxili qoşunların strukturu, ali hərbi rütbəli vəzifələrinsiyahısı və ümumi say tərkibini təsdiq edəcək;
  • daxili qoşunların hərbi qulluqçularını vəzifəyə təyin vəvəzifədən azad edəcək, onları həqiqi hərbi xidmətdən ehtiyata və yaistefaya buraxacaq;
  • daxili qoşunların hərbi qulluqçularına hərbi rütbələrverəcək;
  • daxili qoşunların hərbi hissələrini və hərbi qulluqçuhazırlayan xüsusi təyinatlı ali təhsil müəssisəsini yaradacaq vələğv edəcək, o cümlədən həmin təhsil müəssisəsinin nizamnaməsinitəsdiq edəcək;
  • daxili qoşunların, onun xüsusi təyinatlı ali təhsilmüəssisəsinin və hərbi hissələrinin döyüş bayraqlarının, habelədaxili qoşunların embleminin, hərbi qulluqçuların hərbi geyimformasının, fərqləndirmə nişanlarının əsasnamələrini və onlarıntəsvirlərini təsdiq edəcək;
  • daxili qoşunları fövqəladə və ya hərbi vəziyyət, habelə sosialxarakterli fövqəladə mühit rejiminin təmin edilməsinə cəlbedəcək;
  • daxili qoşunların hərbi şurasının əsasnaməsini təsdiq edəcək vəonun tərkibini müəyyən edəcək;
  • daxili qoşunların hərbi qulluqçularını və mülki işçiləriniAzərbaycan Respublikasının dövlət mükafatları və təltifləri ilə, ocümlədən fəxri adlarla təltif edəcək;
  • daxili qoşunların səfərbərlik tapşırıqlarını müəyyənləşdirəcək,səfərbərlik və müharibə dövründə dövlət orqanları (qurumları) vəyerli özünüidarəetmə orqanları tərəfindən daxili qoşunlarınmaddi-texniki vasitələrlə təmin olunması barədə qərar qəbuledəcək;
  • daxili qoşunların çağırışçılarla, qanunla nəzərdə tutulmuşhalda hərbi vəzifəlilərlə, habelə səfərbərlik zamanı, müharibə(silahlı münaqişə) dövründə hərbi nəqliyyat vasitələri ilə, eləcədə mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarlakomplektləşdirilməsini həyata keçirəcək;
  • daxili qoşunlara bilavasitə rəhbərlik edəcək və onlara həvaləolunmuş vəzifələrin icrası zamanı qanunçuluğa riayət edilməsinitəmin edəcək;
  • daxili qoşunların strukturu, ali hərbi rütbəli vəzifələrinsiyahısı və ümumi say tərkibi barədə müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqana (quruma) təqdimat verəcək;
  • daxili qoşunların inkişaf, səfərbərlik, yerləşdirmə və tətbiqplanlarını təsdiq edəcək;
  • daxili qoşunların idarəetmə orqanında hərbi və mülki vəzifələrüçün, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbihissə və bölmələrin polkovnik və polkovnik-leytenant vəzifələriüçün nəzərdə tutulmuş ştatları təsdiq edəcək və onlarda dəyişiklikedəcək;
  • hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olanzabitləri, habelə ilk zabit hərbi rütbəsi verilməklə həqiqi hərbixidmətdə olan hərbi qulluqçuları, ehtiyatda olan hərbi vəzifəlilərivə qadınları zabitlərin həqiqi hərbi xidmətinə qəbul edəcək;
  • müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin daxiliqoşunlarda xidmətini və ehtiyata buraxılmasını təşkil edəcək;
  • xidməti vəzifələrinin icrası zamanı daxili qoşunların həlakolmuş, ölmüş, xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı iləölmüş elan edilmiş, əlilliyi müəyyən edilmiş hərbi qulluqçularınınailə üzvlərinin sosial şəraitinin yaxşılaşdırılmasına köməklikgöstərəcək, habelə onların maddi və məişət məsələlərinin həlli üçünnormativ hüquqi aktlara uyğun tədbirlər görəcək;
  • daxili qoşunların və daxili işlər orqanlarının birgəfəaliyyətini təşkil edəcək;
  • ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təminedilməsi vəzifələrinin yerinə yetirilməsinə xüsusi və əməliyyattəyinatlı, mühafizə və təminat hərbi hissə və bölmələrini, eləcə dəxüsusi təyinatlı təhsil müəssisələrini cəlb edəcək;
  • hərbi hissələrin daimi yerləşdiyi ərazilərdən kənardafəaliyyətinə dair qərar verəcək;
  • qanuna uyğun olaraq daxili qoşunların hərbi qulluqçularını vəmülki işçilərini intizam məsuliyyətinə cəlb edəcək;
  • icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verəcək,onların icrasına nəzarəti təşkil edəcək;
  • Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğunolaraq daxili qoşunların fəaliyyətinə aid digər məsələləri həlledəcək.
Избранный
24
6
az.trend.az

7Источники