RU

Moskva Suriyaya nümayəndə heyəti GÖNDƏRDİ

Rusiya nümayəndə heyəti baş nazirin müavini Aleksandr Novakın rəhbərliyi ilə Dəməşqə gəlib.

Musavat.com xəbər verir ki, bu barədə Suriyanın “Əl İxbariya” dövlət telekanalı məlumat yayıb.

Televiziyanın yaydığı fotolara görə, Novakı Tikinti və Mənzil-Kommunal Xidmətlər Naziri İrek Fayzullin, Müdafiə Nazirinin müavini Yunus-Bek Evkurov və Xarici İşlər Nazirinin müavini Sergey Verşinin müşayiət edir.

Rusiya nümayəndə heyətini Suriya prezidenti Administrasiyasının rəhbəri Maher əş-Şaraa qəbul edib.

Suriyanın SANA agentliyi xəbər verir ki, rusiyalı rəsmilər iqtisadiyyat, təhlükəsizlik, müdafiə və siyasi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün bir sıra suriyalı rəsmi şəxslərlə danışıqlar aparacaqlar.

Musavat.com

Избранный
59
musavat.com

1Источники