RU

Hindistan Nepal sərhədi xüsusi nəzarətə götürülüb

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu barədə Hindistan İnzibati Xidmətinin sözçüsü Pravin Parkaş yerli mətbuata açıqlamasında məlumat verib. O diqqətə çatdırıb ki, Yeni Dehli Nepalda meydana gələn hadisələri diqqətlə izləyir. "Hazırda sərhəd keçid məntəqələri yük daşımaları üçün bağlanıb", – sözçü bildirib. Eyni zamanda, Hindistanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Nepala səfərdən qaçınmağa, hazırda Nepalda qalan vətəndaşları isə səfirliyin təhlükəsizlik tövsiyələrini yerinə yetirməyə çağırıb. Xatırladaq ki, Nepal hökuməti keçən həftənin sonunda ölkədə qeydiyyatdan keçməmiş sosial şəbəkə platformalarına qadağa qoyub. Bu qərara görə qəzəblənən gənc nəslin nümayəndələri hökumətə qarşı üsyana qalxıblar. Mətbuat tərəfindən "Z nəslinin inqilabı" adlandırılan etiraz aksiyalarında polislə toqquşmalar nəticəsində indiyədək 19 nümayişçi ölüb, yüzlərlə insan yaralanıb. Hökumət sosial şəbəkə qadağasını aradan qaldırsa da, etirazlar səngiməyib. Nümayişçilərin tələbi fonunda Baş nazir Şarma Oli istefa verib. Gənc etirazçılar onun şəxsi iqamətgahını, həmçinin hakim Nepal Konqresi Partiyasının mərkəzi ofisini və parlamentin binasını yandırıblar. Hökumət nümayəndələri təcili surətdə iqamətgahlarından köçürülüblər. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
3
azvision.az

4Источники