RU

Vyetnamlı ekspert ASEAN və AQEM-in ölkələr arasında dayanıqlı əlaqələrin qurulmasında oynadığı roldan danışıb

Bakı. Trend:

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) və AsiyadaQarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsi (AQEM)kimi mexanizmlər ölkələr arasında dayanıqlı əlaqələrin qurulmasınavəsilə olur.

Trend xəbər verirki, bu haqda Vyetnam Diplomatiya Akademiyasının Təhlükəsizlik vəİnkişaf üzrə Araşdırmalar Mərkəzinin direktoru vəzifələrini icraedən Tu An Tuan (Tu Anh Tuan) “İnkişaf və təhlükəsizliyinrezonansı: AQEM-in institusional transformasiyasında regionaləməkdaşlıq və idarəetmə” adı altında keçirilən AQEM-in BeyinMərkəzləri Forumunun 13-cü sessiyasında çıxışı zamanı danışıb.

“Görürük ki, bir çox ölkələr çağırışların öhdəsindən gəlmək üçünbirləşməyə can atır. ASEAN, AQEM və digər regional formatlar kimimexanizmlər qarşılıqlı etimadı gücləndirməyə, gərginliyi azaltmağavə iqtisadiyyatlar arasında davamlı əlaqələr qurmağa qadirdir”, - oqeyd edib.

Tu An Tuan vətəndaş cəmiyyətinin və beynəlxalq institutlarınartan rolunu vurğulayıb.

Onun sözlərinə görə, dayanıqlı inkişaf, iqlim dəyişikliyi vəsosial ədalət məsələlərinə getdikcə daha çox diqqət ayrılır. Məhzqlobal təşkilatlar və qeyri-hökumət aktorları ümumi rifaha yönəlmişgündəmi formalaşdırır.

O bildirib ki, sabit inkişaf və çağırışların dəf edilməsi üçündövlətlər arasında etimadı bərpa etmək vacibdir.

Onun sözlərinə görə, dövlətlər, bazarlar və cəmiyyətlər arasındaetimad olmadan nə təhlükəsizliyi, nə də rifahı təmin etməkmümkündür.

Məqalədə:
Избранный
36
az.trend.az

1Источники