Üçüncü Dünya Müharibəsi başlayıb və ABŞ-nin bununla bağlı öz planları var...
Poliqon xəbər verir ki, bunu RT telekanalına müsahibəsində Venesuela prezidenti Nikolas Maduro deyib.
O qeyd edib ki, Roma Papası Fransisk iki il əvvəl dünyanın III Dünya Müharibəsinə doğru getdiyini deyib.
"Mən inanıram ki, bu, artıq başlayıb. ABŞ imperiyasının dünyada siyasi, iqtisadi, mədəni və hərbi hegemonluğunu tətbiq etmək üçün müharibə planı var", Maduro bildirib.
O, həmçinin bildirib ki, ABŞ Venesuelaya hücum etmək üçün onun reputasiyasını ləkələmək istəyir.
Poliqon.info