RU

Azərbaycan – Ukrayna matçına satılan biletin sayı açıqlandı – siz də gəlin...

Millimiz bu gün DÇ-2026-nın seçmə mərhələ oyununda Ukraynanı qəbul edəcək. Bilindiyi kimi, İslandiyadan biabırçı məğlubiyyətlə (0:5) dönən komanda günlərdi amansız tənqid altındadı.

Bəs ardıcıl uğursuz nəticələr futbolsevərlərin Ukrayna ilə matça marağına nə dərəcədə təsir edib? Azarkeşlər hələ də milli üçün ümidlidi, yoxsa matça maraq azdı?

Bu suallara cavab axtarmaq üçün saat 20.00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq oyuna bilet satışının necə getdiyi ilə maraqlandıq. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov “Football-plus.az”a açıqlamasında indiyə qədər 7000-dən bir qədər artıq biletin sahibini tapdığını söylədi.

Hər halda, oyunun başlayacağı vaxta qədər bu sayın artması mümkündü. Ona görə ki, satış davam edir. Biletlərin qiymətlərini və əldə edə biləcəyiniz ünvanları bir daha diqqətinizə çatdırırıq:

1-ci kateqoriya - 10 AZN
2-ci kateqoriya - 7 AZN
3-cü kateqoriya - 5 AZN
VİP – 20, 30, 200 AZN

“iTicket.az” satış məntəqələri:
Gənclik Mall, 28 Mall, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1, 2, 3, 4 Saylı ASAN xidmət mərkəzləri, 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi.

KƏNAN BAHADIR

Избранный
43
football-plus.az

1Источники