RU

Azərbaycan Kubokunda 2025/26 mövsümünün püşkü atılacaq

Futbol üzrə Azərbaycan Kubokunda növbəti – 2025/2026-cı illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Tədbir sentyabrın 17-də “Holiday INN” otelində baş tutacaq. Mərasimə saat 15:00-da start veriləcək.

Qeyd edək ki, Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümündə 34 komanda iştirak edəcək.

error: Məzmun qorunur!
Избранный
40
8
arena.az

10Источники