RU

Yasamalda yanğın baş verib

Bakının Yasamal rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində məişət tullantılarının yanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Избранный
38
10
sia.az

10Источники