RU

"Real" iki ulduz futbolçuya qapını göstərdi

"Real Madrid" bir sıra futbolçuları heyətdən göndərə bilər. Metbuat.az xəbər verir ki, “Real”dan göndəriləcək iki futbolçunun adı açıqlanıb. BILD nəşrində dərc edilən xəbərə görə, İspaniya nəhəngi Antonio Rüdiger və David Alabanın xidmətində maraqlı deyil. İddialara görə, “Real” yeni müdafiəçilər transfer etmək istəyir.

Bundan əvvəl “Real”ın “Liverpul”un müdafiəçisi Konate, “Arsenal”ın futbolçusu Saliba və “Bavariya”nın futbolçusu Dayo Upamekanonun xidmətində maraqlı olduğu barədə xəbərlər dərc edilmişdi.

Избранный
66
1
metbuat.az

10Источники