RU

İsraildən Qətərə hücum: HAMAS-ın Dohadakı rəhbərliyi hədəfə alınıb - FOTO

Qətərin paytaxtı Dohada partlayış səsləri eşidilib. Paytaxtın Katara bölgəsindən tüstünün qalxdığı görülüb.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, İsrail Ordusunun  Radiosu xəbər verib ki, İsrail Qətərdə HƏMAS liderlərinə hücum etməyə cəhd edib.

İsrailin Kanal 12 televiziyasına danışan İsrail rəsmisi Qətərdəki partlayışların oradakı Həmas rəsmilərinə qarşı sui-qəsd olduğunu bildirib.

İsrail ordusu Dohadakı hücumun yerini dəqiqləşdirmədən rəsmi olaraq məsuliyyəti öz üzərinə götürüb. 

“Əl-Cəzirə” xəbər verir ki, “Həmas danışıqlar qrupu Dohada danışıqlar zamanı hədəfə alınıb”.

Məğrur,

Sitat.info 

Избранный
46
1
sitat.info

2Источники