RU

Xudat şəhərindəki park yenilənir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xaçmaz, 9 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonunun Xudat şəhərindəki Heydər Əliyev adına park əsaslı təmir edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yenidənqurma işlərinə avqust ayından başlanılıb. Hazırda parkın ərazisinə tamet döşənir.

Təmir işləri çərçivəsində parkda yeni ağac və gül kolları əkiləcək, oturacaqlar quraşdırılacaq, müasir işıqlandırma sistemi yaradılacaq, fəvvarə yenilənəcək.

Bundan əvvəl Xudat şəhərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan park yenidən qurulub, şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq kompleksi inşa edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
81
azertag.az

1Источники