RU

Azərbaycan və Latviya arasında strateji dialoqun dördüncü iclası keçirilib

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası və Latviya Respublikası arasındastrateji dialoqun dördüncü iclası keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Azərbaycan Respublikasınınnümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev,Latviya Respublikasının nümayəndə heyətinə Xarici İşlərNazirliyində dövlət katibinin müavini İvars Lasis rəhbərlikedib.

İclas zamanı ikitərəfli münasibətlər, siyasi, iqtisadi vəhumanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişafperspektivləri müzakirə edilib. Beynəlxalq təşkilatlar çərçivəsindətərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət vəreallıqlar, mina təhdidi ilə mübarizə səyləri, Azərbaycanınişğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslıyenidənqurma işləri, eləcə də Azərbaycan-Ermənistan normallaşmaprosesinin gedişatı və 8 avqust 2025-ci il tarixli Vaşinqtongörüşünün nəticələri, eləcə də ATƏT-in Nazirlər Şurasının ATƏT-inMinsk Prosesi və əlaqəli strukturların bağlanmasına dair cari ilin1 sentyabr tarixli qərarı barədə ətraflı məlumatlandırılıb.

İclasda, həmçinin, qarşılıqlı maraq doğuran digər qlobal,regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsiaparılıb.

Избранный
45
12
az.trend.az

10Источники