RU

Tanınmış plastik və rekonstruktiv cərrah vəfat edib

BAKI, 9 sentyabr. TELEQRAF

Dərin hüzn və böyük kədər hissi ilə bildiririk ki, tanınmış plastik və rekonstruktiv cərrah, professor İbrahim Yıldırım 09.09.2025-ci il tarixində vəfat edib.

Bu barədə TƏBİB paylaşım edib.

2023-cü ildə ölkəmizdə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin I Simpoziumunun fəxri qonaqlarından biri olan İbrahim Yıldırım İstanbul Universitetinin professoru, tibb üzrə elmlər doktoru olub.

O, tibbi təhsilin təkmilləşdirilməsi və ixtisasartırma təlimlərinin yaxşılaşdırılması məqsədilə tibb sahəsində Azərbaycan Tibb və İstanbul Universitetləri arasında müqavilə və razılaşma əldə edən ilk təşkilatçı olub.

İ.Yıldırım 18-dən çox dərnək və assosiasiyanın üzvü olub, elcədə də 16-dan çox ölkədə elmi konfrnaslarda məruzəçi qismində çıxış edib.

Избранный
8
2
teleqraf.com

3Источники