RU

​"Fənərbaxça" yeni baş məşqçisini açıqladı

"Fənərbaxça" klubunun yeni baş məşqçisinin adı məlum olub. Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi italiyalı məşqçi Domeniko Tedesko ilə razılığa gəlib. Bu barədə "Fənərbaxça" klubu məlumat yayıb. Məlumata görə, məşqçi ilə 2 illik razılıq əldə edilib. Bildirilir ki, italiyalı məşqçinin köməkçilərindən biri Türkiyə yığmasının və "Fənərbaxça"nın formasını geyinmiş Gökan Gönül olacaq.

Qeyd edək ki, 2003-cü ildən Belçikanı çalışdıran Domeniko Tedesko bu il millidən ayrılıb.

Избранный
56
metbuat.az

1Источники