"Fənərbaxça" klubunun yeni baş məşqçisinin adı məlum olub.Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi italiyalı məşqçi Domeniko Tedesko ilə razılığa gəlib. Bu barədə "Fənərbaxça" klubu məlumat yayıb. Məlumata görə, məşqçi ilə 2 illik razılıq əldə edilib. Bildirilir ki, italiyalı məşqçinin köməkçilərindən biri Türkiyə yığmasının və "Fənərbaxça"nın formasını geyinmiş Gökan Gönül olacaq.
Qeyd edək ki, 2003-cü ildən Belçikanı çalışdıran Domeniko Tedesko bu il millidən ayrılıb.