RU

Metro keçidlərindəki ticarət köşkləri yenidən bərpa olunacaq? - RƏSMİ CAVAB

Əvəllər Bakıda metro stansiyaların keçidlərində fəaliyyət göstərən ticarət köşkləri həm də sərnişinlər üçün geyim, aksesuar və müxtəlif gündəlik əşyaların satış məkanı idi.

Far.Az-in məlumatına görə, bu ticarət nöqtələri həm insanların yolüstü alış-verişini asanlaşdırır, həm də "Bakı Metropoliteni"nin balansına əlavə gəlir qazandıraraq onun maliyyə imkanlarını genişləndirirdi.

Hazırda bəhs etdiyimiz köşklər fəaliyyət göstərmir və keçidlər yalnız piyada hərəkəti üçün stifadə olunur.

Bəs, metro keçidlərində köçklərin yenidən bərpası mümkün ola bilərmi?

Məsələ ilə bağlı Far.Az-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, metro stansiyaların keçidlərində ticarət köşklərinin bərpası ilə bağlı məsələ hazırda müzakirə olunmur:

"Bununla bağlı hər hansı bir yenilik olduğu təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək".

Orxan Hüseyn

Избранный
25
1
far.az

2Источники