RU

Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində Bolqarıstanla bərabərə qalıb

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində Bolqarıstanla qarşılaşıb.

Fanat.Az xəbər verir ki, "Liv Bona Dea Arena"da baş tutan matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Yığmamızın heyətində qolu 41-ci dəqiqədə Emin Rüsəmov vurub.

U-21-i meydana baş məşqçi Ayxan Abbasovun köməkçisi Elnur Çodarov çıxarıb.

Qeyd edək ki, U-21 seçmə mərhələdəki ilk görüşdə Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olub.

Избранный
57
fanat.az

1Источники