2024-cü ildə dövlət büdcəsinə cərimə və sanksiyalardan cəmi 380,1 milyon manat daxil olub.
Hesablama Palatasından News24.az-a verilən məlumata görə, bu vəsaitin 277,7 milyon manatı və yaxud 73,1%-i büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinə yönəldilməklə, həmin qurumların
büdcədənkənar xərclərinin maliyyələşdirilməsinə istifadə olunub.
Qeyd edək ki, qanunvericiliklə büdcədənkənar gəlirlərə aid edilən maliyyə sanksiyaları və
cərimələrin 81,7%-i yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin payına düşüb. Beləliklə, 380 milyon manatın 227 milyon manatı yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr təşkil edib.