RU

Emin Mahmudov Azərbaycan millisinin tarixinə düşdü

Azərbaycan millisinin kapitanı Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna ilə oyununda qol vuraraq, tarixi rekorda imza atıb.

Arena.az xəbər verir ki, yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-ə çatdırmaqla ən məhsuldar futbolçuya çevrilib.

O, sabiq hücumçu Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləyib. “Qarabağ”ın baş məşqçisi 1992-2005-ci illər ərzində millinin heyətində keçirdiyi 68 oyunda 14 dəfə fərqlənib.

Qurban Qurbanov sonuncu qolunu 2004-cü ildə Latviya ilə yoldaşlıq görüşündə (2:2) vurmuşdu. Emin Mahmudov isə 2016-cı ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 56-cı matçında 15 qola çatıb. O, bu görüşlərdə 3 məhsuldar ötürmə müəllifi də olub.

Xatırladaq ki, Emin Mahmudov 2017-ci ilin sentyabrından “Neftçi”də çıxış edir. O, paytaxt klubunun heyətində indiyə qədər bütövlükdə 258 oyun keçirib. Yarımmüdafiəçi bu oyunlarda 62 qol vurub, 62 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli oyunçu 2020/2021 mövsümündə indiki klubu ilə Azərbaycan çempionu olub.

Mahmudov daha öncə Rusiyada “Saturn”, “Spartak” (Moskva), “Tom” (Tomsk), “Krılya Sovetov”, “Mordoviya”, Portuqaliyada “Boavişta” klublarının formasını geyinib.

error: Məzmun qorunur!
Избранный
24
2
arena.az

10Источники