RU

Meydançanın vəziyyəti yaxşı deyildi Ukrayna millisinin baş məşqçisi

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən matçda millimizlə heç-heçə etdi - 1:1."Football-plus.az" xəbər verir ki, qonaqların baş məşqçisi Sergey Rebrov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.- Sizcə, bu gün niyə xal itirdiz?- Bütün komandaların layiqincə qiymətləndirilməli olduğunu demişdik. Həmçinin, meydança yaxşı vəziyyətdə deyildi. Son 10 dəqiqədə qələbə qolunu üçün əlimizdən gələni etdik. Amma olmadı.- Azərbaycan millisi sizi nəylə təəccübləndirdi?- Bu gün problem rəqibdə yox, komandamda idi. Azərbaycan yığması əks-hücumlara üstünlük verdi. Yenə deyirəm, meydançanın vəziyyəti yaxşı deyildi.- İlk dəfə deyil ki, problem yaşayırsız. Səbəb nədi?- Ukrayna xalqından üzr istəyirəm. 1:0 hesabıyla qalib gəlsək belə bunu edəcəkdim. Futbolçularımızın psixoloji problemləri var. Ukraynadakı müharibə davam edir. Məncə, onlara dəstək olmalıyıq. Hansısa xoşagəlməz fikir səsləndirməməliyik.- Çempionlar Liqasında Ukrayna komandası yoxdu. Buna görə, ümidli azarkeşlər millidən qələbə gözləyirdi. Niyə buna nail ola bilmədiz?- Komandamın rəqibdən zəif oynadığını düşünmürəm. Azərbaycan yığmasının heyətində Çempionlar Liqasında çıxış edən "Qarabağ"ın futbolçuları var. Bunun da matça təsiri oldu. Həmçinin, hücumlar zamanı yaxşı oynamadıq.- Stadionda çoxlu Ukrayna bayrağı var idi. Sizə də dəstək nümayiş etdirildi. Bu haqda fikirləriniz necədi?- Bu cür mənzərənin şahidi olmaq çox yaxşı hiss etdirir. Hər birinə təşəkkür edirəm. Polşadakı matçda bu cür atmosfer yox idi...- Penalti epizodlarını necə dəyərləndirirsiz?- Birinci penlti epizodunu izləmədim. İkinci epizoda gəlincə, həmişə futbolçularımdan rəqibin cərimə meydançasında daha diqqətli, habelə sərt və aqressiv olmasını tələb etmişəm.KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
92
1
icma.az

2Источники