“Komо”nun yarımmüdafiəçisi Nikolas Pasın Madrid “Real”ına qayıda bilər.
90deqiqe.Az-ın məlumatına görə, “Kral klubu” 21 yaşlı yetirməsini gələn ilin yayında geri çağırmağı planlaşdırır. Əməliyyat bahalı olmayacaq, çünki “Real”ın futbolçunun geri alınması üçün ilkin alqı-satqı hüququ mövcuddur.
Argentinalı futbolçu Sesk Fabreqasın komandasında göstərdiyi yüksək oyunla diqqət çəkib və artıq Serie A-nın ən perspektivli gənc oyunçularından biri kimi tanınır.
Qeyd edək ki, Nikolas Pas 8 sentyabrda 21 yaşını qeyd edib. Transfermarkt portalının qiymətləndirməsinə əsasən, gənc futbolçunun bazar dəyəri 35 milyon avrodur.