RU

XİN Qətərə qarşı edilən hücumla bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu gün Qətərə qarşı törədilən hücumla bağlı narahatlığını ifadə edib.  Nazirliyin yaydığı bəyanatda bildirilir:  “Bu gün Qətərə qarşı baş vermiş hücumdan dərin narahatlıq duyuruq. Bu kimi addımlar bölgədə gərginliyin daha da artması riskini daşıyır. Biz Qətərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik və regionda sabitliyin qorunması üçün bütün tərəfləri diplomatik səylərə üstünlük verməyə çağırırıq.”  Nazirlik, həmçinin, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının prioritet məsələ olduğunu vurğulayıb.

Избранный
36
operativmedia.az

1Источники