RU

Haaland millidə rekord qol seriyasına imza atdı

Norveç millisinin hücumçusu Erlinq Haaland DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Moldova ilə keçirilən qrup oyununda tripl (hatrik) edib.

90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı forvard millidə ardıcıl 8-ci oyununda fərqlənərək diqqət çəkib. Haalandın millidəki qol seriyası 2024-cü ilin noyabrından davam edir.

Ümumilikdə, hücumçu Norveç millisində 45 matçda 46 qol vurub.

Haaland millidə debütünü 19 yaşında, 5 sentyabr 2019-cu ildə Avropa çempionatının 2020-ci il seçmə mərhələsində Malta ilə oyunda (2:0) edib. İlk qolunu isə 4 sentyabr 2020-ci ildə Millətlər Liqasında Avstriyaya qarşı matçda (1:2) vurub.

Избранный
59
90deqiqe.az

1Источники