RU

Apple ın səhmləri iPhone 17 lərin təqdimatdan sonra ucuzlaşıb

ain.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

ABŞ-ın texnologiya nəhəngi Apple şirkəti yeni məhsullarını – iPhone 17 seriyasını, iPhone Air modelini və Apple Watch Series 11-i təqdim edib. Lakin şirkətin təqdimatı investorlar arasında gözlənilən marağı doğurmayıb.

Marja xəbər verir ki, tədbirin başa çatmasının ardından Apple səhmlərinin qiyməti 1,5 faiz ucuzlaşıb (Bakı vaxtı ilə saat 23:45-ə olan məlumat).

Analitiklər bildirirlər ki, bazar iştirakçıları yeni məhsulların xüsusiyyətlərini diqqətlə izləsələr də, elan edilən yeniliklər investorların gözləntilərini tam qarşılaya bilməyib. Xüsusilə də “iPhone Air” modelinin təqdimatı diqqətçəkici olsa da, şirkətin səhmlərinə dərhal müsbət təsir göstərməyib.

Ekspertlər hesab edirlər ki, Apple-ın orta və uzunmüddətli perspektivdə satış nəticələri və yeni modellərin bazar uğuru şirkətin səhmlərinə həlledici təsir göstərəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
44
3
marja.az

4Источники