Gəncədə üç yaşlı uşaq çoxmərtəbəli binadan yıxılaraq ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, 2022-ci il təvəllüdlü M.M. ehtiyatsızlıqdan binanın 7-ci mərtəbəsindən yıxılıb.
Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"