“Bu qol çox zamanımı aldı. Təqribən bir ildir rekordu yeniləyə bilmirdim. Amma bu gün bunu bacardım”.
Publika.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Ukrayna ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyununda vurduğu tarixi qol barədə danışarkən deyib.
O, millinin heyətində vurduğu qollarının sayını 15-ə çatdırmaqla uzun illər bu göstəricidə lider olan Qurban Qurbanovun tarixi bombardir rekordunu qırdığı üçün qürur hissi keçirdiyini bildirib:
“Millinin bombardiri olmaq çox möhtəşəm hissdir. Öz üzərimdə işləyirdim. Komanda yoldaşlarıma təşəkkür edirəm, onlar olmasaydı buna nail ola bilməzdim. Bu qol nəticəyə də təsir etdi. Uduzsaydıq, belə sevinməzdim. Amma heç olmasa, yaxşı nəticə əldə etdik. Qola da çox sevindim".
O, millidə vurduğu qollar arasında ən yaxşısını da açıqlayıb:
“Təbii ki, İsveçə burada meydanın mərkəzindən vurduğum qolu heç vaxt unutmayacam”.