Oxu.az saytına istinadən ain.az xəbər verir.
Böyük Britaniyanın Norfolk qraflığından olan 80 yaşlı Marqaret Devis adlı süvari qadın sevimli atı "Benni" tərəfindən öldürülüb. At qadının döş qəfəsini tapdalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Polisin verdiyi məlumata görə, qadın həyətdə huşsuz vəziyyətdə tapılıb və dərhal xəstəxanaya yerləşdirilib, lakin həyatını xilas etmək mümkün olmayıb.
"Marqaret Devis atının onu yıxması və tapdalaması nəticəsində döş qəfəsindən xəsarət alıb. O, təcili müalicə üçün Norfolk və Norviç xəstəxanasına aparılıb. İntensiv terapiya şöbəsində müalicə olunub. Lazımi tibbi yardım göstərilməsinə baxmayaraq, qəza zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib", - deyə Norfolk dairəsi koroneri Coanna Tompson bildirib.
Hüquq-mühafizə orqanlarının ehtimalına görə, "Benni" qorxub, sahibini yıxaraq qaçıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.