RU

Hikmət Hacıyev Vaşinqtonda mühüm görüşlər keçirib

 Azərbaycan prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev Vaşinqton səfəri çərçivəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Brayan Mast və senator Stiv Deyns ilə görüşüb. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Görüşlərdə  avqustun 8-də Vaşinqtonda keçirilən və prezident İlham Əliyev ilə ABŞ prezidenti Donald Tramp arasında baş tutan sammitin strateji əhəmiyyəti, Azərbaycan–ABŞ münasibətlərinə və regional sülhə verdiyi müsbət təsir vurğulanıb.

Hacıyev 907-ci düzəlişin ləğv edilməsinin vacibliyini qeyd edib və qanunvericiləri Azərbaycana səfərə dəvət edib.

Avqustun 8-də Vaşinqtonda keçirilən sammitdə Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Trampın vasitəçiliyi ilə 7 maddəlik birgə bəyannamə imzalayıb və sülh sazişini paraflayıblar.

Həmçinin Əliyev və Tramp Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması barədə memorandum imzalayıblar.

Tramp əlavə olaraq ABŞ-ın Azərbaycana yardımını məhdudlaşdıran 907-ci düzəlişin icrasını dayandırıb.

N.Təbrizli

Избранный
35
anews.az

1Источники