RU

Türkiyəli müğənni təqib və təhdidlərə məruz qaldığını açıqlayıb

Türkiyəli müğənni Ece Seçkin uzun müddətdir təqib və təhdidlərə məruz qaldığını açıqlayıb. SİA xəbər verir ki, müğənni bu haqda sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, artıq 4 ildir həmin şəxs tərəfindən özü və yaxın dostları təhdidlərə məruz qalırmış. Lakin sözügedən kişi artıq E.Seçkinin əri Çağrı Terlemezi ölümlə hədələdiyi üçün o, Ədliyyə Nazirliyinə müraciət edib: “Ərimə “səni öldürəcəm, burnunun dibindəyəm” kimi mesajlar göndərib. Dəfələrlə fərqli nömrələrlə əlaqəyə keçib, həyatımızı kabusa çevirib”. Seçkin bildirib ki, şübhəli şəxs polis bölməsindədir, lakin qısa müddətdə azadlığa buraxılması ehtimalı onları narahat edir. O, “Xahiş edirəm, bu şəxsin azadlığa buraxılmasına imkan verməyin” deyərək səlahiyyətlilərə müraciət edib.

Избранный
46
sia.az

1Источники