RU

Apple-ın səhmləri iPhone təqdimatından sonra ucuzlaşıb

Apple şirkətinin səhmləri çərşənbə axşamı yeni iPhone modelləri və digər cihazların təqdimatından sonra ucuzlaşıb.

Tədbirin sonunda şirkətin səhmləri 1,37 % dəyər itirib və NASDAQ-da ticarət zamanı azalma davam edib.

Analitiklərin sözlərinə görə, belə dalğalanmalar təqdimatlardan sonra bazarın xəbərlərə və investor gözləntilərinə adi reaksiyasıdır.

 Apple-ın hər il keçirilən sentyabr təqdimatları ənənəvi olaraq böyük maraq doğurur.

Şirkətin səhmləri çox vaxt təqdimatlardan dərhal sonra düşür, lakin satış göstəriciləri açıqlanandan sonra bərpa olunur.

2024-cü ildə iPhone Apple-ın ümumi gəlirinin yarıdan çoxunu təmin edib.

N.Təbrizli

Избранный
41
1
anews.az

2Источники