Ajans.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb. Al Tani vurğulayıb ki, atəşkəslə bağlı danışıqlar aparan bir ölkədə danışıqlarçıları öldürmək cəhdi qeyri-qanuni olmaqla yanaşı, qeyri-etik və xəyanətdir: "Bu gün biz dönüş nöqtəsinə çatmışıq ki, bütün region bu cür vəhşi davranışlara qarşı durmalıdır".
Diplomat həmçinin qeyd edib ki, Qətər İsrailə cavab vermək hüququnu özündə saxlayır və onun suverenliyinin heç bir pozulmasına dözməyəcək.