RU

Modidən Trampa reverans: Hindistan və ABŞ yaxın dost və təbii müttəfiqdir

Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampla görüşü səbirsizliklə gözləyir.

Musavat.com xəbər verir ki, Modi bunu özünün "X" hesabında yazıb:

"Hindistan və ABŞ yaxın dost və təbii müttəfiqdir. Komandalarımız bu müzakirələri (ticarət danışıqları – red.) mümkün qədər tez başa çatdırmaq üçün çalışırlar. Mən də prezident Trampla görüşməyi səbirsizliklə gözləyirəm. Biz xalqlarımızın daha parlaq və firavan gələcəyini təmin etmək üçün birlikdə çalışacağıq".

Qeyd edək ki, dünən prezident Donald Tramp "Truth Social" sosial şəbəkəsində ABŞ və Hindistanın ticarət maneələri üzrə danışıqları davam etdirdiyini və yaxın həftələrdə iki ölkə liderləri arasında təmasların baş tutacağını bildirib. Hindistanın baş naziri iki ölkə arasında ticarət danışıqlarının "Hindistan-Amerika tərəfdaşlığının sonsuz potensialını açacağına" əmin olduğunu bildirib.

Xatırladaq ki, avqustun 6-da ABŞ Rusiyadan neft və neft məhsullarını alması ilə əlaqədar Hindistana 25 faiz əlavə rüsum tətbiq edib. Beləliklə, Hindistan əmtəə və xidmətlərinin idxalı tarifləri 50 faizə qədər artırılıb.

Musavat.com

Избранный
43
47
musavat.com

10Источники