RU

“Ayxan müəllim bir gündə yaxşı işlər gördü” - Emin Mahmudov

style='margin-bottom:10px;'>

"Azarkeşlərə təşəkkür edirəm ki, bizə motivasiya verdilər, möhtəşəm idilər. İlk oyunda 0:5 udusaq da, oyunumuza gəldilər".

QOL.az xəbər verir ki, Azərbaycan millisinin kapitanı Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turunda Bakıda Ukrayna ilə keçirilən oyundan (1:1) sonra jurnalisllərə açıqlamasında deyib.

Bu oyunda fərqlənməklə millidəki qol sayını 15-ə çatdıran və Qurban Qurbanovun 21 illik rekordunu yeniləyən yarımmüdafiəçi bu barədə də danışıb: "Bombaridr olduğum üçün çox xoşbəxtəm, möhtəşəm hissdir. Buna görə komanda yoldaşlarıma təşəkkür edirəm, Onlarsız bu rekordu yeniləyə bilməzdim". 

E.Mahmudov oyunda çox əziyyət çəkdiklərini bildirib: "Çalışırdıq ki, maksimumu yeriə yetirək. Baş məşqçi Ayxan Abbasova təşəkkür edirəm ki, 0:5 hesablı məğlubiyyətdən sonra bizə motivasiya verdi. Komandanı psixoloji cəhətdən oyuna yaxşı hazırladı. Bir günə çox yaxşı işlər gördü". 

Millinin kapitanı "müvəqqəti baş məşqçi Ayxan Abbasov millidə nəyi dəyişdi ki, nəticə qazandınız" sualını isə belə cavablandırıb:  "O, qısa zamanda yığmada nəyisə dəyişə bilməzdi. Bizə stimul olmaq üçün bəzi sözlər dedi. Bəzi taktiki gedişlərdə də dəyişiklik etdi. Maksimum nə dəyişə bilərdisə onu da etdi. İnanıram ki, növbəti matçlarda da uğurlu nəticələr qazanacağıq".

E.Mahmudov sonda deyib ki, millidə yerli məşqçinin işləməsi daha yaxşı olar: "Yerli məşqçilərin işləməyi daha rahatdır. Çünki onlar futbolçuları, çempionatı yaxşı tanıyır. Ayxan müəəlim bizi tanıdığına görə bir günə nəyisə dəyişə bildi. Mənim üçün kimin gəlməsi fərq etməz, amma yerli məşqçinin işləməsi daha rahatdır".  

Избранный
45
3
teleqraf.com

5Источники