RU

Kolleclərə əlavə yerləşdirmə üzrə qeydiyyat başladı

Ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün elektron qeydiyyat prosesinə bu gün saat 11:00-da start veriləcək.  

AzEdu.az xəbər verir ki, qəbul olunmuş şəxslər //portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. 
 
Elektron sistem üzrə qeydiyyat 17 sentyabr 2025-ci il saat 18:00-da yekunlaşacaq. 

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Избранный
3
22
azedu.az

10Источники