RU

Gürcüstanda torpaq sürüşməsi baş verib, Rusiyaya gedən yol tam bağlanıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Tbilisi, 10 sentyabr, AZƏRTAC

Gürcüstanda yağan güclü leysan yağışları ciddi problemlər yaradıb.

AZƏRTAC xəbər verir ki, yağıntı nəticəsində Gürcüstandan Rusiyaya gedən yeganə beynəlxalq əhəmiyyətli avtomobil yolu bağlanıb.

Gürcüstan Avtomobil Yolları Departamentindən bildirilib ki, Mtsxeta – Stepantsminda - Lars avtomobil yolunun 109-cu kilometrliyinə böyük torpaq kütləsi düşüb. Nəticədə bu hissədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Ərazidə bərpa işləri görülür.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
4
azertag.az

5Источники