RU

“Sovet stajı” olanların nəzərinə: Pensiyaları artacaq

Rusiyada sovet dövründə iş stajına malik pensiyaçılara pensiya artımı tətbiq oluna bilər. Publika.az xəbər verir ki, hüquqşünas Natali Feofanovanın sözlərinə görə, məhkəmələr son dövrlərdə bu istiqamətdə pensiyaçılar xeyrinə qərarlar qəbul edir.

1991-ci ilə qədər olan əmək fəaliyyəti “sovet stajı” sayılır və bu illər pensiya hesablanarkən daha yüksək faizlə nəzərə alınır. Lakin bir çox pensiyaçılar sənədlərin itməsi səbəbindən həmin dövrdəki stajlarını təsdiqləyə bilmirlər.

Feofanova bildirib ki, əlavə sənədlər, arxiv çıxarışları və hətta şahid ifadələri ilə məhkəməyə müraciət etmək mümkündür. Bu halda staj tanınaraq pensiya məbləği artırıla bilər.

Məsələn, yaxın vaxtlarda bir pensiyaçıya 6 illik staj məhkəmə qərarı ilə tanınıb və pensiyası yenidən hesablanaraq artım tətbiq olunub.

Избранный
44
4
publika.az

5Источники