RU

TAP əlavə qaz tədarükləri üçün ötürücülük qabiliyyətinin genişləndirilməsi üzrə işləri yekunlaşdırır

Bakı. Trend:

Transadriatik qaz kəməri əlavə 1,2 milyard kubmetr qazın təminolunması üçün tələb olunan işlərin yekun mərhələsinə qədəmqoyur.

Bu barədə Trend-insorğusuna TAP AG konsorsiumundan bildiriblər.

Konsorsiumda qeyd olunub ki, 2021-ci ildə keçirilmiş və 2023-cüilin yanvarında başa çatmış bazar sınağının nəticələri əsasındaillik 1,2 milyard kubmetr həcmində məcburi sifarişlər alınıb ki, buda 1 yanvar 2026-cı il tarixinədək qaz kəmərinin ötürücülükqabiliyyətinin müvafiq şəkildə genişləndirilməsini öncədən nəzərəalmağa imkan verib.

“Bura Yunanıstanın Türkiyə ilə sərhədinə yaxın ərazidə - Kipoi(Aleksandrupolis) bölgəsində yerləşən mövcud kompressorstansiyasında yeni kompressor aqreqatının (təxminən 15 MVt gücündə)quraşdırılması, həmçinin infrastrukturun müasirləşdirilməsidaxildir. Hazırda TAP qəbul olunmuş öhdəliklərə uyğun olaraq buəlavə imkanların istismara verilməsini təmin etmək üçün işlərinyekun mərhələsinə qədəm qoyur”,- TAP AG-də bildiriblər.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundayerləşən “Şahdəniz” yatağından çıxarılan qazı Avropaya nəql edir.877 kilometr uzanan boru xətti Türkiyə-Yunanıstan sərhədində(Kipoi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir vəbeləcə, Yunanıstan və Albaniya ərazilərindən, ardınca Adriatikdənizdən keçərək, İtaliyanın cənub sahillərinə çıxır.

TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-ŞərqiAvropa ölkələrinin qazla təchizatına vasitəçilik edir. TAP 2022-ciilin oktyabr ayından istismara verilmiş Yunanıstan-Bolqarıstan(IGB) interkonnektoruna da bağlıdır və onun vasitəsilə Xəzər qazıBolqarıstana tədarük olunur. TAP-ın Yunanıstan və Albaniyaya,həmçinin, İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazınındaha böyük Avropa bazarlarına çıxışına əlavə imkanlar yaradır.

TAP-ın pay sahibləri bunlardır: bp (20 faiz), SOCAR (20 faiz),“Snam” (20 faiz), “Fluxys” (20 faiz), “Enagas” (20 faiz).

Məqalədə:
Избранный
17
3
az.trend.az

4Источники