RU

Zaur Mikayılov: Bakı-Su Həftəsi su ehtiyatlarının idarə olunmasında mühüm platformadır

BAKI, 10 sentyabr. TELEQRAF

Keçən il uğurla keçirilən ilk Bakı-Su Həftəsi bu mötəbər platformanın nə qədər zəruri və əhəmiyyətli olduğunu göstərdi.

Teleqraf xəbər verir ki,bunu 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

O bildirib ki, bu gün isə artıq ənənəyə çevrilməkdə olan bu tədbir bizi bir araya gətirərək su ehtiyatlarının idarə olunması, qorunması və gələcək nəsillərə ötürülməsi məsələlərində mühüm müzakirələr aparmaq imkanı yaradır.

Onun sözlərinə görə, Azərbaycan dövləti üçün su ehtiyatlarının davamlı idarə edilməsi strateji əhəmiyyət daşıyır:

"Son illərdə ölkəmizdə bu sahədə geniş islahatlar həyata keçirilir, milli su strategiyası hazırlanıb və uğurla icra olunur. Məqsədimiz həm su təhlükəsizliyini təmin etmək, həm də təmiz suya çıxışı hər kəs üçün əlçatan etməkdir.

Əminəm ki, bu həftə ərzində keçiriləcək panel müzakirələr, təqdimatlar və fikir mübadilələri milli su strategiyamızın hədəflərinə çatmaqda mühüm rol oynayacaq, yeni ideyaların formalaşmasına və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verəcək".

Избранный
8
5
teleqraf.com

8Источники