RU

Pentaqonun ad dəyişikliyi milyardlarla dollara başa gələ bilər

ABŞ Müdafiə Nazirliyinin – Pentaqonun adının dəyişdirilməsi Amerikanın büdcəsinə milyardlarla dollara başa gələ bilər.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, dünyanın 40-dan çox ölkəsində yerləşən hərbi obyektlərdə möhürlərdən tutmuş lövhələrə, salfetlərə və suvenirlərə qədər bütün atributların dəyişdirilməsi tələb olunur.

Nəşr yazır ki, Amerikanın siyasi dairələrində bu təşəbbüs mənasız hesab olunur. Ekspertlər bildirirlər ki, bu addım real hərbi problemlərin həllinə töhfə verməyəcək. Bundan əlavə, ABŞ-nin qlobal siyasi arenadakı rəqibləri bu dəyişikliyi Vaşinqtonu müharibə təşviqatçısı kimi göstərmək üçün istifadə edə bilərlər.

Ağ Ev isə Konqresdə səsvermə olmadan ad dəyişikliyini həyata keçirməyin yollarını axtarır. Lakin Konqresin hər iki palatasında bir çox siyasətçi hesab edir ki, “güc yolu ilə sülh” rebrendinq deyil, əksinə, ciddi investisiya tələb edir.

Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyinin adının Müharibə Nazirliyinə dəyişdirilməsi ilə bağlı fərman imzalamışdı.

"Cebheinfo.az" 

Избранный
35
cebheinfo.az

1Источники