RU

Cəmiyyətlər arasında nifaq salmaq istəyənlər var- ÖZƏL

"Son zamanlar baş verən hadisələr, xüsusilə də Qurani-Kərimin yandırılması kimi təxribat xarakterli addımlar hər birimizin qəlbini sarsıtdı. Unutmayaq ki, Qurani-Kərim milyonlarla müsəlman üçün müqəddəs dəyərdir və bu cür hərəkətlər cəmiyyətlər arasında nifaq salmaq məqsədi daşıyır. Ona görə də belə məqamlarda hər kəsin daha diqqətli, daha məsuliyyətli olması vacibdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Bizim mövqeyimiz Qurani-Kərimin müqəddəsliyini qorumaq, eyni zamanda insanlıq dəyərlərinə sadiq qalmaqdır. Heç bir təhqir, nifrət və ya bir insanın həyatını itirməsinə sevinmək bizə yaraşmaz. Çünki biz böyük bir mədəniyyətin, mərhəmət və ədalət dəyərlərini yaşadan xalqın övladlarıyıq.
Gəlin, nifrətə nifrətlə cavab verməyək. Əksinə, belə hallarda birlik, səbir və ədalətli mövqeyimizlə həm dini, həm də milli kimliyimizi uca tutaq. Bu, həm özümüzə, həm də gələcək nəsillərə borcumuzdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
olaylar.az

1Источники