RU

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı müzakirəsi

Sentyabrın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyunciç ilə görüşüb.

Nümayəndəliyin rəhbəri Mariyana Kuyunciç təyinatı ilə əlaqədar məktubu Ceyhun Bayramova təqdim edib. Nazir Mariyana Kuyunciçi təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb. 

Görüş zamanı Azərbaycanla Aİ arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiyalar, humanitar və sair istiqamətlər üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Ölkəmizin Aİ ilə həyata keçirilən birgə enerji layihələrinin əhəmiyyəti vurğulanıb. Digər əhəmiyyətli istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə maraq ifadə olunub.

Nümayəndəliyin rəhbəri Mariyana Kuyunciç fəaliyyəti müddətində Azərbaycan-Aİ gündəliyinin irəlilədilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib. 

XQ

 

Избранный
10
25
xalqqazeti.az

10Источники