Rusiyada Petropavlovsk-Kamçatski şəhəri yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin episentri şəhərdən 196 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı isə 40 km-dən çox dərinlikdə olub.
Rayon sakinləri zəlzələni hiss etməyiblər. Sunami təhlükəsi elan edilməyib.