RU

Təmiz Enerji Mərkəzində müzakirə

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin ­(CECECO) İdarə Heyətinin onlayn formatda ilk iclası keçirilib. Bununla da ötən ilin noyabrında COP29 çərçivəsində İƏT və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə birgə Azərbaycanda yaradılan Təmiz Enerji Mərkəzi (CECECO) rəsmi fəaliyyətə başlayıb.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının vacibliyi İƏT-in 17-ci Zirvə Toplantısının yekun sənədi - Xankəndi Kommunikesində də vurğulanır: “Hazırda üç İƏT üzvü - Türkiyə, Qazaxıstan və Özbəkistan ilə “yaşıl enerji” dəhlizlərinin yaradılması üzrə əməkdaşlıq edirik. “Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” “yaşıl enerji” dəhlizləri regional enerji əlaqələrinin və regional elektrik bazarının inkişafını hədəfləyən strateji təşəbbüslərdir. Bu layihələr İƏT regionunda enerji əməkdaşlığını möhkəmləndirəcək, regional enerji şəbəkələrini birləşdirəcək və emissiyaların azaldılmasına nail olmaq üçün vahid strateji platforma yaradacaq”

Bununla yanaşı, nazir vurğulayıb ki, ev sahibi ölkə olaraq Azərbaycan ədalətli enerji keçidi üzrə milli, regional və İƏT miqyaslı məqsədlərə töhfə verəcəyinə inanaraq Mərkəzi dəstəkləməyə sadiqdir. 

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan Təmiz Enerji Mərkəzinin ev sahibliyini üzərinə götürdüyü üçün Azərbaycana təşəkkürünü çatdırıb.  İclasda Təşkilata üzv dövlətlər - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Pakistan və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) təmsil olunub. 

Qeyd edək ki, İdarə Heyətinin ikinci iclasının 2026-cı ilin birinci yarısında keçirilməsinə qərar verilib.

XQ

 

Избранный
22
15
xalqqazeti.az

10Источники