RU

Ukrayna millisinin qapıçısı: “Biabırçılıqdır”

Ukrayna millisinin qapıçısı Anatoli Trubin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə heç-heçə (1:1) etdikləri oyunun nəticəsini biabırçılıq adlandırıb.

Msport.az xəbər verir ki, 24 yaşlı qolkiper bu barədə qarşılaşmadan sonra ölkəsinin mətbuatına açıqlama verib.

O, bunun çox pis nəticə olduğunu hesab edib: “Hansı təəssüratlar ola bilər? Məncə, biabırçılıqdır. Çünki belə matçlarda qalib gəlmək, bu cür zəif rəqibləri məğlub etmək lazımdır. İrəliləmək istəyiriksə, qələbə qazanmalıydıq. Hər kəs bu barədə fərdi düşünməlidir. Növbəti təlim-məşq toplanışı həlledici olacaq”.

Qeyd edək ki, Azərbaycan yığması ilk matçda İslandiyaya (0:5), Ukrayna isə Fransaya (0:2) məğlub olub.

Избранный
35
1
msport.az

2Источники