RU

Ukrayna NATO-dan qərb bölgələri üçün hava hücumundan müdafiə dəstəyi istəyir - ÖZƏL

Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa  NATO-ya müraciət edərək alyansa üzv qonşu ölkələrin hava hücumundan müdafiə qüvvələrinin Ukraynanın qərb bölgələrinin qorunmasına cəlb olunmasını istəyib. Olaylar.az xəbər verir ki, nazirin sözlərinə görə, qərar qəbul edilməlidir ki, NATO ölkələrinin hava hücumundan müdafiə imkanları Ukraynanın hava məkanında, o cümlədən alyans sərhədlərinə yaxınlaşan pilotsuz uçuş aparatları və raketlərin qarşısını almaq üçün istifadə olunsun. Bundan əvvəl Ukrayna mediası gecə saatlarında Lvov, Volın, Vinnıtsya və Jitomir vilayətlərində partlayışların qeydə alındığını xəbər vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
72
olaylar.az

1Источники