RU

Rusiyanın Polşaya hücumunun nəticəsi – Dağıntılar var – FOTO

Rusiyaya məxsus pilotsuz uçuş aparatı Polşanın Lublin Voyevodalığının Vyryki şəhərində yaşayış binasını vurub. Nəticədə binanın dam örtüyü və yaxınlıqdakı avtomobilə ziyan dəyib.

Bizim.Media xəbər verir ki, bu barədə “Polsatnews” nəşri məlumat yayıb.

Hücum nəticəsində xəsarət alan olmayıb.

Xatırladaq ki, sentyabrın 9-dan 10-na keçən gecə Rusiya ordusuna məxsus zərbə dronları Polşanın hava məkanını pozub. Hadisə ilə bağlı Polşa hərbi hava qüvvələri təhlükənin qarşısını almaq üçün aviasiyanı havaya qaldırıb, dörd aeroport bağlanıb.


Bizim.Media

Избранный
26
bizim.media

1Источники